Türkiyədə koronavirusdan ölüm sayı azaldı

Türkiyədə koronavirusdan ölüm sayı azaldı
  04 Yanvar 2021    Oxunub:1339
Türkiyədə son sutka ərzində 193 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 9877 yeni yoluxma (dünən 11 180 nəfər yoluxub-red) halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 21 488, virusa yoluxanlar isə 2 241 912 nəfərə çatıb. Türkiyədə indiyədək 2 136 534 pasiyent sağalaraq evə buraxılıb.

Əvvəlki günlərlə müqayisədə sutkalıq yoluxma və ölüm sayında azalma müşahidə edilir.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti