Dünyada koronavirusa yoluxma kəskin artdı
Azvision.az Worldometer saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 850 min 711 nəfərdir. İndiyədək 60 milyon 455 min 529 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, ötən sutka ərzində 740 221 nəfər koronavirusa yoluxub, 12 502 pasiyent dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Azvision.az
Teqlər: Koronavirus Statistika







Vaxtında, Aydın, Lazımlı!


