Norveçdə təbii fəlakət: 7 nəfərin cəsədi tapıldı

Norveçdə təbii fəlakət:  7 nəfərin cəsədi tapıldı
  04 Yanvar 2021    Oxunub:1750
Norveçin paytaxtı Oslodan 30 kilometr şimalda yerləşən Ask yaşayış məntəqəsindəki sürüşmə zonasından xilasedicilər yeddi nəfərin cəsədini tapıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, beş cəsədin kimliyi müəyyən edilib.

"Sürüşmə sahəsində yeddi nəfərin cəsədi tapılıb. Onlardan beşinin şəxsiyyəti müəyyən edilib. Üç nəfər itkin düşmüş hesab olunur. Şəxsiyyəti müəyyən edilənlər arasında ata və iki yaşlı qızı da var. Uşağın hamilə anası hələ də axtarılır", - deyə məlumatda bildirilib.

Siyahıda anası ilə birlikdə yoxa çıxan 13 yaşlı bir qız da var. Nəhəng sürüşmə 30 dekabrda kiçik Ask bölgəsində baş verib. Nəticədə onlarla ev uçqun altında qalıb, on nəfərlə əlaqə kəsilib. Axtarış əməliyyatı altıncı gündür davam edir, xilasedicilər axtarış sahəsini genişləndirirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Norveç   Sürüşmə   Cəsəd  



Xəbər lenti