Qarabağda daha 19 erməni hərbçinin cəsədi tapıldı

 Qarabağda daha 19 erməni hərbçinin cəsədi tapıldı
  04 Yanvar 2021    Oxunub:2063
Yanvarın 3-də aparılan axtarış işləri nəticəsində Hadrut və Cəbrayıl bölgələrində daha 19 erməni hərbçinin cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Qarabağda bu günə kimi 1175 erməni hərbçinin cəsədinin qalıqları aşkarlanıb.

Bu gün axtarışlar Hadrut və Cəbrayıl istiqamətində davam edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: cəsəd  



Xəbər lenti