Şurnuxda 12 ev və torpaq sahələri Azərbaycana verildi

 Şurnuxda 12 ev və torpaq sahələri Azərbaycana verildi
  04 Yanvar 2021    Oxunub:3298
Sünik bölgəsində (tarixi adı Zəngəzur) yerləşən Şurnux kəndinin 12 evi ətrafdakı torpaq sahəsi ilə birlikdə Azərbaycana təhvil verilib.
Azvision.az xəbər verir ki, bu barədə Gorus icması rəhbərinin müavini Menua Ovsepyan deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi nəticəsində bu evlər torpaq sahələri ilə birlikdə Azərbaycana qaytarılıb. Tərk edilmiş evlərin sahibləri qohumlarının yanına köçürlər.

Kəndin icma başçısı Akop Arşakyan isə bildirib ki, hazırda sakinlər sonuncu əşyalarını toplayır. Azərbaycan tərəfi artıq kəndin girişində post qurub.

"Bu gün kəndlilərlə görüş keçirdik, orada erməni sərhədçiləri və bir neçə rus sülhməramlısı da iştirak edirdi. Kənd sakinlərinə qarşı tərəfin ərazisinə keçməməyi, mümkün qədər diqqətli olmağı açıq söylədik. Eyni zamanda, Şurnuxun Ermənistan və Azərbaycan hissələri arasında dəqiq sərhəd hələ qurulmayıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sünik   Şurnux   Kənd  



Xəbər lenti