Qarabağda 19 min partlayıcı zərərsizləşdirilib
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Xankəndi şəhərinin ətrafının minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlılar "Uran-6" müasir kompleksindən istifadə edirlər.
Qeyd olunub ki, aşkarlanan partlayıcılar xüsusi poliqonda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar lazımi təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: DağlıqQarabağ







Vaxtında, Aydın, Lazımlı!


