Ermənistanda koronavirusdan ölüm sayı 2878-ə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 2878-ə çatdı
  05 Yanvar 2021    Oxunub:1139
Ermənistanda son sutka ərzində daha 324 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 160 544 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2878-ə çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 692 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  



Xəbər lenti