Paşinyanın tərəfdarından terror çağırışı

 Paşinyanın tərəfdarından terror çağırışı
  05 Yanvar 2021    Oxunub:1770
Ermənistanın müxalifyönlü mediası ölkədə dərəbəyliyin artması faktlarından yazıb.

Azvision.az xəbər verir ki, buna nümunə olaraq baş nazir Nikol Paşinyanın tərəfdarlarının artıq silah dili ilə danışmağa başlamaları göstərilib.
Erməni fəallar və KİV nümayəndələri Nikolun qatı tərəfdarlarından olan bir nəfərin sosial şəbəkədəki statusunu və baş nazirin profilinə yazdığı terror qoxuyan rəyi paylaşaraq bildiriblər:

“Bilirsinizmi yeni Ermənistan nədir Nikol? Bu, aşağıdakı durumdur - təhlükəsizlik xidməti birini yaxalayıb iddia edir ki, o, telefonda danışarkən Nikola hansısa xəsarət yetirmək haqqında söz işlədib. Amma bu statusun dekabrın 26-dan indiyədək “Facebook”da dolaşması heç kimi narahat etmir”.



Həmçinin kinayə ilə qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti və ölkə polisi nəhayət, yeni il masasından qısa müddətlik duracaq: “Heç olmasa işlədiyinizin imitasiyasını edin”.

Qeyd edək ki, sosial mediada Paşinyanın aktiv təbliğatını aparan ermənilərdən biri silahının fotosunu paylaşaraq müxalif siyasətçilərin öldürülməsini və buna görə pul verilməsini yazıb. Maraqlıdır ki, 44 nəfər onun terrora çağırış edən statusunu öz hesabında paylaşıb.



Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Terror   Silah  



Xəbər lenti