Qarabağda 1184 erməni hərbçinin cəsədi tapılıb

 Qarabağda 1184 erməni hərbçinin cəsədi tapılıb
  05 Yanvar 2021    Oxunub:1215
Qarabağdakı son döyüş əməliyyatları zonasında aparılan axtarışlar zamanı daha doqquz erməni cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

4 yanvar tarixində Cəbrayıl - Hadrut istiqamətində doqquz cəsəd tapılıb. Axtarış işləri Talış-Suqovuşan, Hadrut bölgəsi və Füzuli istiqamətində davam edir.

Ümumilikdə isə bu günədək Qarabağda 1184 erməni hərbçinin cəsədi tapılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Hərbçi   Cəsəd  



Xəbər lenti