Toy faciəyə döndü, 20 nəfər öldü
Hadisə Duensa şəhəri yaxınlığında yerləşən Bunti qəsəbəsində baş verib. Toy mərasimində iştirak edənlərin bombalandığı bildirilir. Hadisə zamanı 20 nəfər isə xəsarət alıb.
Nəşr bunu hərbi pilotların səhvindən ola biləcəyini ehtimal edir. Belə ki, “Barxan” əməliyyatı keçirən fransız hərbçiləri və BMT-nin sülhməramlı missiyası ölkəyə yerləşdirilib.
“EFE” agentliyi isə yerli mer Adama Qriaba istinadən yazıb ki, faciə qurbanlarının sayı yüz nəfərdir.
Rəsmi orqanlar hələlik bununla bağlı açıqlama verməyib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


