600-dən çox jurnalist koronavirusdan ölüb
Ötən ilin mart ayının əvvəlindən başlayaraq COVID-19-dan ölən 602 jurnalistin yarısından çoxu Latın Amerikasındandır – 303 nəfər. Digərləri isə Asiya (145), Avropa (94), Şimali Amerika (32) və Afrikadan (28) olan jurnalistlərdir.
Təşkilatın baş katibi Blez Lampan deyib ki, peşələrinə görə hadisələrə şahid olmaq üçün sahəyə gedən jurnalistlər virusa qarşı xüsusilə həssasdırlar. Bəziləri, xüsusən də fotoqraflar evdə işləyə bilməzlər.
O, Peruda ölüm nisbətinin ən yüksək olduğunu əlavə edib. Mart ayından bəri orada 93 mətbuat işçisi ölüb. Braziliya ikinci yerdədir (55). Hindistanda 53, Meksikada 45, Ekvadorda 42, Banqladeşdə 41, İtaliyada 37, ABŞ-da 31, Pakistanda 22, Türkiyədə 17, Britaniyada 13, Panamada 11, Boliviyada 9, Əfqanıstan, Dominikan, Nigeriya və Rusiyada isə 8 jurnalist ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: COVID-19







Vaxtında, Aydın, Lazımlı!


