Azərbaycan və Ermənistan Şurnuxla bağlı danışıqlar aparır

 Azərbaycan və Ermənistan Şurnuxla bağlı danışıqlar aparır
  05 Yanvar 2021    Oxunub:1970
Ermənistan və Azərbaycan sərhəd qoşunlarının nümayəndələri Rusiya sülhməramlılarının iştirakı ilə hazırda Sünik rayonunun Şurnux kəndində iki ölkənin sərhəd zastavalarının harada yerləşdirilməsi barədə danışıqlar aparır.
Azvision.az xəbər verir ki, bu barədə kəndin icma rəhbəri Akob Arşakyan deyib.

“Hazırda iki ölkənin qoşunlarının harada yerləşdiriləcəyi məsələsi müzakirə edilir. Neytral zonanın olub-olmaması hələlik məlum deyil", - deyə Arşakyan əlavə edib.

Azərbaycana təhvil verilmiş ərazidəki 12 evin hamısı boşaldılıb. Orada yaşayanların bəziləri kənddə, digərləri Gorus və Qafan şəhərlərində yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şurnux  



Xəbər lenti