İsraildə iki həftəlik sərt karantin tətbiq edilir
İsrail hökuməti bu təşəbbüsü yeni koronavirus infeksiyası hallarının artması fonunda təsdiqləyib. Sərt karantin tədbirləri 7 yanvar tarixindən qüvvəyə minəcək.
Netanyahu, həmçinin pisləşən epidemioloji vəziyyətə görə dünyanı ciddi nəticələr gözləməsi barədə xəbərdar edib: "Koronavirusun Britaniya mutasiyası səbəbindən yüksək sürətlə yayılan qlobal bir pandemiyanın qızğın mərhələsindəyik”.
Xatırladaq ki, İsrail hökuməti 5 yanvarda daha sərt məhdudlaşdırıcı tədbirləri qəbul edib. Beləliklə, cümə axşamı günündən ölkədə məktəblər və bəzi müəssisələr bağlanacaq.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İsrail







Vaxtında, Aydın, Lazımlı!


