Qarabağda 1194 erməni hərbçinin cəsədi tapılıb

 Qarabağda 1194 erməni hərbçinin cəsədi tapılıb
  08 Yanvar 2021    Oxunub:1408
Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 6 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cəsədlər Hadrut istiqamətində yolda aşkar edilib. Bu gün axtarış işləri Əsgəran, Hadrut və Cəbrayılda davam edəcək.

Qeyd edək ki, 13 noyabrdan 8 yanvar tarixinədək ümumilikdə 1194 erməninin cəsədi tapılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Cəsəd  



Xəbər lenti