Ermənistanda virusdan ölənlərin sayı 2908-ə çatdı

Ermənistanda virusdan ölənlərin sayı 2908-ə çatdı
  08 Yanvar 2021    Oxunub:1341
Ermənistanda son sutka ərzində daha 361 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 161 415 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2908-ə çatıb.

Virusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 696 nəfərdir. Hazırda ölkədə 9850 aktiv koronavirus xəstəsi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19   Ermənistan   Koronavirus  



Xəbər lenti