Daha bir deputat Paşinyanın fraksiyasını tərk etdi

 Daha bir deputat Paşinyanın fraksiyasını tərk etdi
  09 Yanvar 2021    Oxunub:1258
Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan hakim “Mənim addımım” fraksiyasını tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Qeyd edib ki, bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcək. Erməni deputat uzun müddət düşünəndən sonra belə qərar verdiyini bildirib.

Bundan əvvəl "Mənim addımım" fraksiyasını Aram Xaçatryan, Arqishti Mexakyan, Yerjanik Akobyan, Vardan Atabekyan, Qayane Abrahamyan, Taqui Tovmasyan, Lusine Badalyan, Varazdat Karapetyan, Qor Qevorgyan və Anna Qriqoryan tərk ediblər. Onların bəziləri qərarlarını hakimiyyətin siyasəti ilə razılaşmamaqla izah edib, bir hissəsi isə digər dövlət vəzifələrinə keçdikləri üçün mandatlarından tamamilə imtina etməli olublar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Deputat  



Xəbər lenti