Rusiyada virusdan ölənlərin sayı 61 mini keçib

 Rusiyada virusdan ölənlərin sayı 61 mini keçib
  09 Yanvar 2021    Oxunub:1427
Rusiyada son sutka ərzində koronavirusa 23 309 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 379 103 nəfərə çatıb.

Rusiyada bir gündə 470 pasiyent infeksiyanın yaratdığı xəstəlikdən vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 61 381 nəfərdir. İndiyədək 2 754 809 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  



Xəbər lenti