Paşinyan Türkiyə ilə sərhədlərin açılmasını müzakirə edir

   Paşinyan Türkiyə ilə sərhədlərin açılmasını müzakirə edir
  09 Yanvar 2021    Oxunub:2408
"Məndə olan məlumata görə, Nikol Paşinyanın təmsilçiləri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması müqabilində imzalanması lazım olan sənədlər paketini müzakirə edirlər"
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

“Paketdə Ermənistanın antitürk xarici siyasət yürütməmək öhdəliyi yer alır", - deyən sabiq səfirin sözlərinə görə, paketə, həmçinin "erməni soyqırımı"nın tanınmasına yönəlmiş diaspora hərəkətlərindən tamamilə uzaqlaşmaq, ərazi iddialarının olmaması barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək şərtləri də daxildir.

Minasyan hesab edir ki, bundan əlavə, güzəştlər paketinə "erməni məsələsi"ni araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın yaradılması daxil edilib.

Azvision.az


Teqlər: Paşinyan   Türkiyə  



Xəbər lenti