İrandan ABŞ-a xəbərdarlıq: “Sanksiyalar ləğv olunmasa...”
"Əgər İrana qarşı sanksiyalar - xüsusilə, maliyyə, bankçılıq və neft sahələri üzrə 21 fevral tarixinə qədər qaldırılmasa, mütləq Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri ölkədən çıxarılacaq”.
Onun sözlərinə görə, İran, həmçinin Əlavə Protokolun könüllü icrasını dayandıracaq:
"Bu, İran parlamentinin qanunudur və hökumət buna riayət etmək məcburiyyətindədir.
Amerikalılara bir fürsət verdik və ABŞ-ın yeni rəhbərliyi 21 yanvarda vəzifəsinə başlayacaq. Sanksiyaların ləğvi üçün tədbirlər görmək üçün 21 fevrala qədər vaxtları var, əks təqdirdə İran, xalqının mənafeyini qoruyacaq. Əlbəttə, sanksiyaları ləğv etmədən öhdəliklərin yerinə yetirilməsi İran xalqının zərərinədir. Bu günə qədər İran xalqı bundan əziyyət çəkirdi, amerikalılar, avropalılar isə heç bir zərər görmədilər”.
Pərvanə Sult anova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


