50-dən çox sərnişinin olduğu təyyarə dənizə düşdü - YENİLƏNİB

 50-dən çox sərnişinin olduğu təyyarə dənizə düşdü -  YENİLƏNİB
  09 Yanvar 2021    Oxunub:4162
İndoneziya Axtarış və xilasetmə İdarəsinin rəhbəri Yusuf Latif Cakartadan havaya qalxan “Sriwijaya Air” şirkətinə məxsus təyyarə ilə əlaqənin kəsildiyini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Yusuf Latifin sözlərinə görə, təyyarədə 50-dən çox sərnişin olub.

Məlumatda qeyd edilib ki, hadisə “Boeing 737-500” laynerinin Cakartadan havaya qalxmasından 4 dəqiqə sonra baş verib.

"Sinxua" agentliyi təyyarənin dənizə düşməsi, onun qalıqları və gövdə hissəsinin tapılması barədə xəbər yayıb. Hələlik qəzanın təfərrüatları açıqlanmayıb. Axtarışlar aparılır.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

***
(15:10)

İndoneziyanın paytaxtı Cakartadan Pontianaka uçan "Boeing 737-500" sərnişin təyyarəsi ilə əlaqə kəsilib.

Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayb.

Təyyarə “Sriwijaya Air” şirkətinə məxsusdur, onun göyərtəsində 50 nəfərin olduğu deyilir. Təyyarə ilə əlaqə havaya qalxdıqdan dörd dəqiqə sonra kəsilib.

İndoneziya Axtarış Xilasetmə İdarəsinin nümayəndəsi Yusuf Latif faktı təsdiq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boeing737-500   Təyyarə   Cakarta  



Xəbər lenti