Əli Nağıyev və Abazyan arasında görüş olub

Əli Nağıyev və Abazyan arasında görüş olub
  09 Yanvar 2021    Oxunub:3409
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevlə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyan arasında işgüzar görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan MTX rəsmi məlumat yayıb.

Qeyd edilib ki, görüş Ararat bölgəsində neytral sərhəd zonasında baş tutub.

"Görüş zamanı əsirlərin mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib. Bu mövzularda əlaqələr davam edir", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ƏliNağıyev   DTX   Ermənistan  



Xəbər lenti