Rusiyada yaşayış minimumu artırıldı

Rusiyada yaşayış minimumu artırıldı
  09 Yanvar 2021    Oxunub:2420
Rusiya hökuməti 2021-ci il üçün yaşayış minimumunu 11 653 rubl (təxminən 157 ABŞ dolları) məbləğində müəyyən edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı baş nazir Mixail Mişustin fərman imzalayıb.

Fərmana əsasən, 2020-ci illə müqayisədə yaşayış minimumu 3,7% artırılıb.

Qeyd edək ki, bu il Rusiyada yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12 702 rubl (171 ABŞ dolları), pensiyaçılar üçün 10 022 rubl (135 ABŞ dolları), uşaqlar üçün 11 303 rubl (153 ABŞ dolları) təşkil edəcək.

Azvision.az


Teqlər: Rusiya  



Xəbər lenti