Sadır Japarov prezident seçkilərində qalib gəlir - YENİLƏNİB

 Sadır Japarov prezident seçkilərində qalib gəlir -  YENİLƏNİB
  10 Yanvar 2021    Oxunub:4938
Qırğızıstan prezidenti vəzifəsini icra edən Sadır Japarov ölkədə keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlir.
Azvision.az xəbər verir ki, bu barədə Qırğız Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilir ki, seçki məntəqələrinin 90,06 faizində səslər hesablanıb. Japarov 79,15 faiz səslə liderdir. İlkin məlumata görə, 1 milyon 213 min 16 seçici səsvermə prosesində iştirak edib.

***
Bu gün Qırğızıstanda keçirilən referendum baş tutmuş hesab olunur.

Azvision.az xəbər verir ki, bunu Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şaydabekova deyib.

MSK sədri bildirib ki, saat 18.00-a olan məlumata görə, prezident seçkilərinə seçicilərin 33,13, referenduma 33,08 faizi səs verib. Bu da prezident seçkilərində 1 milyon 180 min 515, referenduma isə 1 milyon 778 min 656 səs deməkdir.

Qırğızıstan qanunlarına əsasən, seçicilərin 30 faizindən çoxu səs verdikdə referendum baş tutmuş hesab olunur.

***
(09:16)

Bu gün Qırğızıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb.

Ölkə üzrə 3 milyon 563 mindən çox seçici qeydə alınıb. Prezident postu uğrunda 17 namizəd mübarizə aparır.

Qırğızıstanda prezident seçkiləri ilə eyni vaxtda referendum da keçirilir. Vətəndaşlar hansı idarəetmə formasına – prezident, yoxsa parlament üsul-idarəsinə üstünlük verdikləri barədə sualı cavablandıracaqlar.

Qeyd edək ki, ölkənin bundan əvvəlki rəhbəri Sooronbay Jeenbekov 2020-ci il oktyabrın 15-də istefa verib.

Azvision.az


Teqlər: Seçki   Qırğızıstan  



Xəbər lenti