“Putindən başqa dostum yoxdur” - Lukaşenko

 “Putindən başqa dostum yoxdur” -  Lukaşenko
  10 Yanvar 2021    Oxunub:2428
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, rusiyalı həmkarı Vladimir Putindən başqa dostu yoxdur.
Azvision.az -ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Belarus lideri Putini təkcə özünün deyil, xalqının da dostu hesab edir.

"Bəli, onu (Putini-red) dostum hesab edirəm və bu il təkcə mənim dostum deyil, həm də Belarus xalqının dostu olduğunu təsdiqlədi",- deyə Lukaşenko Rusiya telekanalına müsahibəsində bildirib.

Bundan əlavə, Belarus lideri rəqiblərinin çox olduğunu, ancaq onların düşmən olub-olmadığını zaman göstərəcəyini qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   Rusiya   Lukaşenko   Putin  



Xəbər lenti