Zəngilanda 14 erməni hərbçisinin cəsədi tapıldı

 Zəngilanda 14 erməni hərbçisinin cəsədi tapıldı
  11 Yanvar 2021    Oxunub:3045
Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 14 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cəsədlər Zəngilan rayonu ərazisində aşkarlanıb. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1211 erməni cəsədi götürülüb.

Azvision.az


Teqlər: Qarabağ   Cəsəd   Erməni  



Xəbər lenti