Trampın impiçmentinə dair qətnamənin mətni yayıldı

Trampın impiçmentinə dair qətnamənin mətni yayıldı
  12 Yanvar 2021    Oxunub:2626
CNN telekanalı Donald Trampın impiçmenti haqqında qətnamənin mətnini dərc edib.
Azvision.az xəbər verir ki, telekanalın məlumatına görə, qətnamə ABŞ Konqresinin Nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq.

Sənəd impiçment elan olunmasını, həmçinin Donald Trampın gələcəkdə hər hansı seçkili vəzifə tutmasına qadağa qoyulmasını tələb edir. Qətnamə “Qiyama təhrk” adlanır.

Nümayəndələr palatasının daxili qaydalar komitəsinin rəhbəri Corc Makqoveren bildirib ki, sənədin yanvarın 13-ü, yaxud 14-də palatanın müzakirəsinə çıxarılması gözlənilir.

Azvision.az


Teqlər: Tramp   ABŞ  



Xəbər lenti