Rusiyada güclü yanğın: 8 nəfər öldü

Rusiyada güclü yanğın:    8 nəfər öldü
  12 Yanvar 2021    Oxunub:2297
Rusiyanın Yekaterinburq şəhərində yaşayış binasında güclü yanğın olub. Hadisə nəticəsində səkkiz nəfər ölüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, xilasedicilər sakinləri binadan köçürüblər. Ümumilikdə, binadan 90 nəfər təxliyə edilib. Yanğının baş vermə səbəbləri araşdırılır.

Azvision.az


Teqlər: Rusiya   Yanğın  



Xəbər lenti