“Ortaq bəyanat nizamlanma prosesinin başlanğıcıdır” - Rusiyalı politoloq

 “Ortaq bəyanat nizamlanma prosesinin başlanğıcıdır” -  Rusiyalı politoloq
  12 Yanvar 2021    Oxunub:3792
Yanvarın 11-də Moskvada Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən görüş tərəflərin dialoq istəyini nümayiş etdirdi. Bu, üçtərəfli dialoqun təşəbbüskarı və moderatoru olan Prezident Vladimir Putinin əsas vəzifəsi idi.
Bunu Azvision.az -a rusiyalı politoloq Yevgeni Mixaylov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşünün nəticələrini şərh edərkən deyib.

Onun sözlərinə görə, görüşün yekununda Qarabağın inkişafı ilə bağlı imzalanmış ortaq bəyanat nizamlanma prosesinin başlanğıcıdır.

Rusiyalı politoloq gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını gözlədiyini bildirib.

“Rusiya barışmaz görünən tərəfləri danışıqlar masasında bir araya gətirərək, böyük regional oyunçu kimi bir daha bacarıqlarını nümayiş etdirdi. Bundan sonra nələrin olacağını zaman göstərəcək, amma düşünürəm ki, Moskva və Bakının səyləri sayəsində İrəvan tarixdən dərs çıxarıb, bölgəni sülh və firavanlıq dövrünə apara biləcək konstruktiv dialoqa keçəcəkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: YevgeniMixaylov  



Xəbər lenti