“Türkiyə Aİ-yə üzv olmaqdan heç vaxt vaz keçməyib” - Ərdoğan

 “Türkiyə Aİ-yə üzv olmaqdan heç vaxt vaz keçməyib” -  Ərdoğan
  12 Yanvar 2021    Oxunub:2689
“Türkiyə 60 ilə yaxındır ki, Avropa İttifaqına (Aİ) tam üzv olmaq üçün mübarizə aparır”.
Azvision.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin səfirlərinə müraciətində deyib.

O bildirib ki, Türkiyə bu prosesdə qarşılaşdığı ikili standartlara, haqsızlığa baxmayaraq, Aİ-yə tam üzv olmaqdan heç vaxt vaz keçməyib.

“Ölkəmizin 60 illik üzvlük prosesi bizim üçün strateji bir seçim olduğu kimi, Aİ-nin də ölkəmizi tam üzvlüyə qəbul etməsi birliyin gələcəyi üçün əhəmiyyətli seçim olacaqdır".

Ərdoğan “Brexit” ilə birgə artan qeyri-müəyyənliyi yalnız Türkiyənin Avropa ailəsində layiqli yerini alandan sonra geridə qoymağın mümkün olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Avropaİttifaqı  



Xəbər lenti