Britaniyada koronavirusdan ölüm sayı 83 mini keçdi

Britaniyada koronavirusdan ölüm sayı 83 mini keçdi
  13 Yanvar 2021    Oxunub:2171
Böyük Britaniyada son sutka ərzində 45 533 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 164 051 nəfərə çatıb.

Ötən 24 saatda daha 1243 pasiyent dünyasını dəyişib. Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 83 203-ə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  



Xəbər lenti