Koronavirusa yoluxanların sayı 92 milyonu keçdi

 Koronavirusa yoluxanların sayı 92 milyonu keçdi
  13 Yanvar 2021    Oxunub:1851
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 92 milyon 9660 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 970 min 95 nəfərdir. İndiyədək 65 milyon 822 min 734 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, ötən sutka ərzində 566 186 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 9371 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti