Trampın istefaya göndərilməsi ilə bağlı qətnamə qəbul edildi

 Trampın istefaya göndərilməsi ilə bağlı qətnamə qəbul edildi
  13 Yanvar 2021    Oxunub:2086
ABŞ Konqresinin Nümayəndələr Palatası vitse-prezident Mayk Pensi hazırkı prezident Donald Trampı hakimiyyətdən uzaqlaşdırmağa çağıran qətnamə qəbul edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 223 deputat qətnamənin lehinə, 205 deputat əleyhinə səs verib.

Sənəddə konqresmenlər Pensi prezidentin vəzifələrini yerinə yetirə bilməməsi ilə əlaqədar ABŞ Konstitusiyasına edilən 25-ci düzəlişdən istifadə etməyə çağırıb. Bu vəziyyətdə, vitse-prezident kabinet üzvlərinin əksəriyyətinin dəstəyi ilə Trampı istefaya göndərə və onun yerini tuta bilər.

Hələlik Konqres qərarı təsdiq etməyib.

Pens daha əvvəl Pelosiyə təklifi rədd etdiyinə dair məktub göndərib. O, dəyişikliklərin cəza və qəsb vasitəsi olmadığını deyib. Əlavə edib ki, dəyişiklikləri bu şəkildə tətbiq etmək dəhşətli bir presedent yaradacaq.

"Bu cür hərəkətlərin ölkəmizin maraqlarına və ya konstitusiyamıza uyğun olduğunu düşünmürəm", - deyən Pens Trampın prezidentlik müddətinin bitməsinə cəmi yeddi gün qaldığını xatırladıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞKonqresi  



Xəbər lenti