Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Qeyd edilib ki, Sarkisyan əvvəlcə evdə müalicə alsa da, xəstəlik ağırlaşmalarla davam edib və buna görə xəstəxanaya yerləşdirilib: “Prezident yüksək temperaturdan və ikitərəfli pnevmoniyadan əziyyət çəkir".
Xatırladaq ki, yanvarın 5-də Sarkisyana koronavirus diaqnozu qoyulub. O, təcrid olunmuş vəziyyətdə və Londonda həkim nəzarəti altında məsafədən işləməkdə davam edirdi.
Bundan əlavə, prezidentin həyat yoldaşı Nune Sarkisyan da koronavirusa yoluxub. Onların hər ikisində COVID-19-un "Britaniya ştammı" aşkarlanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ArmenSarkisyan Koronavirus







Vaxtında, Aydın, Lazımlı!


