“Təcrübəsiz əsgərləri XTQ ilə döyüşə göndərdilər” - Erməni fəal

“Təcrübəsiz əsgərləri XTQ ilə döyüşə göndərdilər” -  Erməni fəal
  13 Yanvar 2021    Oxunub:3502
Ermənistan mediası müharibə zamanı ölkədə yaranmış hərbi xaosla bağlı daha bir faktı aşkara çıxarıb.
Azvision.az xəbər verir ki, tanınmış ictimai fəal Aram Gevorqyanın fikirlərini dərc edən erməni saytları ordu rəhbərliyinin səbatsız qərarları ucbatından minlərlə gəncin ölümə atıldığını yazıblar.

Aram Gevorqyan deyib: “Bu gün müharibədə öldürülmüş 300-dən çox hərbçi haqqında məlumatlarla tanış oldum. Onların 70 faizi 2-6 ayın əsgərləri olublar. Bu əsgərlərdən biri isə 19 avqustda orduya çağırılmış Leondur. Müharibə başlayanda cəmi 40 günün əsgəri imiş. Hələ normal hərbi karantindən çıxmamış əsgər! Amma belə təcrübəsiz əsgər Azərbaycan Xüsusi Təyinatlıları ilə döyüşə göndərildi. Təcrübəli çağırışçıları isə hərbi komissarlıqlara geri qaytararaq deyirdilər ki, ehtiyac olanda sizə zəng edəcəyik. Müharibənin sonuna kimi onlara heç bir zəng də edilmədi... Lion Lonyan Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı öldürüldü. Onun cəmi 20 yaşı olub”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Müharibə   Təcrübəsiz-əsgər   Qırmızı-Bazar  



Xəbər lenti