İsrail xarici turistləri qəbul etməyə hazırlaşır

İsrail xarici turistləri qəbul etməyə hazırlaşır
  13 Yanvar 2021    Oxunub:1947
İsrailin Turizm Nazirliyi 2021-ci ilin ortalarında xarici səyahətçiləri qəbul etməyə hazırlaşır.
Azvision.az xəbər verir ki, bu barədə nazir Orit farkaş-Hakoen deyib.

O qeyd edib ki, ötən il pandemiya başlamazdan əvvəl İsraili dünyanın hər yerindən təxminən 850 min qonaq ziyarət edib.

"Keçən il turizm sənayesinə ciddi zərbə dəydi. Ancaq çətinliklərə baxmayaraq, bu dövrdə iqtisadiyyata kömək edən ciddi layihələr həyata keçirə bildik. Bu, yaşıl turizm adalarının yaradılması, otelçilərə 94 milyon dollardan çox subsidiyaların ayrılması, təhlükəsizlik standartının yaradılmasıdır".

Nazir, həmçinin İsrailin əhalinin vaksinasiyasına görə dünyada lider olduğunu vurğulayıb. Əlavə edib ki, aktiv immunizasiya prosesi fonunda İsrailin Turizm Nazirliyi 2021-ci ilin ortalarında ölkədə turizmin bərpası üçün iş planı hazırlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Turizm  



Xəbər lenti