Pandemiya qurbanlarının sayı 2 milyona çatır

 Pandemiya qurbanlarının sayı 2 milyona çatır
  14 Yanvar 2021    Oxunub:2022
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 92 milyon 778 min 786 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 986 min 900 nəfərdir. İndiyədək 66 milyon 294 min 162 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, ötən sutka ərzində 347 925 nəfər koronavirusa yoluxub, 5281 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti