Akopyanın Moskva macəraları erməniləri hiddətləndirdi - VİDEO
“Milli xainin ailəsi, necə də qorxursunuz? Sizcə, gələcək həyatınızda 5 min uşağın qanı ilə yaşaya biləcəksinizmi? Onların keçdiyi qapıları dezinfeksiya edin...”
Xatırladaq ki, bir neçə gündür erməni KİV-ləri baş nazirin arvadının Rusiyaya gizli səfər edəcəyini yazsa da, rəsmi şəkildə bu məlumat təkzib edilmirdi. Dünən gecə Moskva aeroportundan Paşinyanın ailəsinin xüsusi mühafizə ilə tələsik şəkildə keçməsini əks etdirən video yayılıb. Həmçinin mediada Anna Akopyan və uşaqlarının Rusiya paytaxtında ən bahalı restornalardan birində köhnə yeni ili qeyd etməsi ilə bağlı görüntülər paylaşılıb.
Erməni jurnalistlər və ictimaiyyət nümayəndələri Rusiyadakı Ermənistan səfirliyinə məxsus avtomobillərin də Akopyanın ailəsini müşayiət etməsinə etirazlarını bildiriblər.
Tural Tağıyev
Azvision.az
Teqlər: Akopyan Moskva Mühafizə Gizli-səfər







Vaxtında, Aydın, Lazımlı!


