İlham Əliyev Şuşada: 39 il əvvəl və bu gün... - FOTO

  İlham Əliyev Şuşada:  39 il əvvəl və bu gün... -  FOTO
  15 Yanvar 2021    Oxunub:7237
Bu gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Azvision.az xəbər verir ki, səfər zamanı diqqət çəkən məqamlardan biri ölkə başçısının 39 il öncə Şuşada olarkən Ulu öndər Heydər Əliyevlə Natəvan bulağının qarşısında çəkilmiş fotosunu nümayiş etdirməsi olub.

Xatırladaq ki, Ümummilli lider Heydər Əliyev Şuşaya 1982-ci ilin yanvarın 14-də səfər edib. Səfər çərçivəsində Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin türbəsinin açılışı olub. Həmin səfərdə Ulu öndəri müşayiət edənlər arasında İlham Əliyev də olub.









Azvision.az


Teqlər: Şuşa   Ulu-öndər   Prezident   Natəvan-bulağı  






Xəbər lenti