Berluskoni xəstəxanadan evə buraxıldı

Berluskoni xəstəxanadan evə buraxıldı
  15 Yanvar 2021    Oxunub:2327
İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni xəstəxanadan evə buraxılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, siyasətçi qızının evinə gedib.

84 yaşlı sabiq Baş nazir ürəyində yaranmış problemlə bağlı xəstəxanada müalicə alırdı. O, hazırda səhhətinin yaxşı olduğunu deyib.

Xatırladaq ki, 2016-cı ildə Berluskoni aorta klapanını dəyişdirmək üçün əməliyyat keçirib.

Məlumata görə, Berluskoni xəstəxanaya yerləşdirildiyi gün məhkəmədə ifadə verməli imiş. Ona qarşı vəzifəsindən sui-istifadə, şahidlərə rüşvət vermək və digər ittihamlar irəli sürülüb.

Berluskoninin səhhəti ilə əlaqədar məhkəmə iclası aprel ayına təxirə salınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SilvioBerluskoni  



Xəbər lenti