Niderland hökuməti istefaya gedir

Niderland hökuməti istefaya gedir
  15 Yanvar 2021    Oxunub:2119
Niderlandın Baş naziri Mark Ruttenin rəhbərlik etdiyi hökumət istefaya gedir.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin "NOS” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, buna səbəb uşaqlara verilən müavinətlərlə bağlı yaranmış qalmaqaldır.

Baş nazirin Kral Villem-Aleksandra istefa ərizəsi təqdim edəcəyi gözlənilir.

Xatırladaq ki, ölkənin vergi xidmətinin səhvən fırıldaqçı adlandırmasından və uşaqlar üçün nəzərdə tutulmuş pulun büdcəyə qaytarmalarını tələb etdikdən sonra yüzlərlə valideyn ciddi maddi problemlərlə üzləşib. Bəzi hallarda təxminən on min avrodan söhbət gedirdi.

Pərvnə Sultanova
Azvision.az


Teqlər: Niderland  



Xəbər lenti