“Rus sülhməramlıların statusuna dair anlaşma imzalamağı nəzərdə tuturuq” - Çavuşoğlu

  “Rus sülhməramlıların statusuna dair anlaşma imzalamağı nəzərdə tuturuq” -    Çavuşoğlu
  15 Yanvar 2021    Oxunub:2182
İlkin mərhələdə Birgə Monitorinq Mərkəzində türk və rus hərbçisi bərabər əsasda fəaliyyət göstərəcək. Bu mərkəz Ağdamda qurulur. Artıq hərbçilərimiz Azərbaycana gediblər.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Birgə Monitorinq Mərkəzinin birgə nəzarət mərkəzi olduğunu diqqətə çatdıran nazir bildirib: “Ehtiyac olarsa, gələcəkdə Azərbaycanla ikitərəfli anlaşma imzalayıb, ona lazım olan dəstəyi hər zaman verəcəyik. Bundan başqa, biz Qarabağdakı rus sülhməramlılarının statusu ilə bağlı Rusiya ilə anlaşma imzalamağı da nəzərdə tuturuq”.

Azvision.az


Teqlər: Çavuşoğlu   Qarabağ  



Xəbər lenti