Britaniyada 55 mindən çox yeni yoluxma aşkarlandı

Britaniyada 55 mindən çox yeni yoluxma aşkarlandı
  16 Yanvar 2021    Oxunub:1928
Böyük Britaniyada son sutka ərzində 55 761 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların sayı 3 316 019 nəfərə çatıb.

Ötən 24 saatda daha 1280 pasiyent dünyasını dəyişib. Bununla da Britaniyada pandemiya qurbanlarının sayı 87 295-ə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  



Xəbər lenti