ABŞ-ın Səhiyyə naziri istefa verdi
Qeyd edilib ki, Azarın istefası simvolik xarakter daşıyır və heç bir praktiki nəticə gözlənilmir. Çünki o, bu və ya digər halda 20 yanvar tarixinədək vəzifəsində qalacaq, yalnız bundan sonra səlahiyyət müddəti bitəcək.
ABŞ-da kabinet üzvləri ənənəvi olaraq səlahiyyət müddəti bitən prezidentlə birlikdə istefaya gedir.
Bundan əvvəl Təhsil naziri Betsi Devos, Nəqliyyat naziri Eleyn Çao, eyni zamanda daxili təhlükəsizlik naziri Çed Vulf da istefa verib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


