Koronavirusa yoluxanların sayı 94 milyonu keçdi

Koronavirusa yoluxanların sayı 94 milyonu keçdi
  16 Yanvar 2021    Oxunub:1424
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 94 milyon 315 min 327 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 17 min 913 nəfərdir. İndiyədək 67 milyon 346 min 635 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 709 865 hal qeydə alınıb, COVID-19-dan 15 407 pasiyent ölüb.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 24 102 429 nəfər virusa yoluxub, 401 856 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 543 659 yoluxma qeydə alınıb. Onlardan 152 130 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 8 394 253 nəfərdə virus aşkar edilib. Xəstələrdən 208 291 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 520 531 yoluxma, 64 495 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 3 316 019 nəfər virusa yoluxub ki, onlardan 87 295-i həyatını itirib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  



Xəbər lenti