İraqdakı terrorda 28 nəfər ölüb
Məlumata görə, bazarın yerləşdiyi At-Tayaran meydanı ərazisində, iki ardıcıl partlayış baş verib. İraq ordusunun sözçüsü bildirib ki, terror hücumu iki kamikadze tərəfindən həyata keçirilib.
Təhlükəsizlik səbəbi ilə Bağdadın mərkəzində, bir çox xarici ölkələrin səfirlikləri və dövlət qurumlarının ofislərinin yerləşdiyi Yaşıl zonaya gedən bütün yolları bağlanıb.
Pərvanə Sultanova
Azvision.az