"Parlaq Ermənistan" fraksiyası parlamentin iclasını boykot etdi
Deputat Taron Simonyanın sözlərinə görə, onlar əvvəlcə müxalifətin məhkəmə və hüquqi islahatlardakı roluna məhəl qoyulmadığını söyləyiblər. Hətta Ali Məhkəmə Şurasının üzvlüyünə müxalifətdən bir namizəd irəli sürmək cəhdlərinə hakim "Mənim addımım" bloku tərəfindən imkan verilməyib.
"Bu gün yenidən müxalifətlə müzakirələr aparmadan namizədlər irəli sürülüb. Təbii ki, bu cür davranışlara dözə bilmərik və bu prosesdə iştirak etmirik".
Fraksiya qərarı siyasi adlandırıb.
Xatırladaq ki, bu gün Ermənistan parlamenti növbədənkənar iclasda Qaqik Cangiryan və Armen Xaçaturyanın Ali Məhkəmə Şurası üzvlüyünə namizədliyini nəzərdən keçirir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Parlament Boykot