Rusiya XİN həmsədrlərin Qarabağa səfərini təsdiqlədi

Rusiya XİN həmsədrlərin Qarabağa səfərini təsdiqlədi
  28 Yanvar 2021    Oxunub:3010
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfəri planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova kimin maraqlarına xidmət edir?
O, hazırda səfərin detallarının razılaşdırıldığını deyib: "Həqiqətən də Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfəri nəzərdə tutulur. Bu səfərin tarixi hələ müəyyənləşdirilməyib. İndi tərəflərlə təfərrüatlar razılaşdırılır".

Xatırladaq ki, daha əvvəl Ermənistanın XİN rəhbəri Ara Ayvazyan həmsədrlərin regiona səfər edəcəyini bildirmişdi.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Zaxarova   Qarabağ  



Xəbər lenti