“Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın” - Həyat yoldaşı

 “Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın” -  Həyat yoldaşı
  29 Yanvar 2021    Oxunub:3417
"Neçə vaxt idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Dünən axşam səhhəti lap pisləşdi, onu xəstəxanaya yerləşdirdik".
Bunu Azvision.az -a tanınmış gitara ifaçısı, Xalq artisi Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Güllü Hüseynova deyib.

Onun sözlərinə görə, Rəmiş Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

"Neçə müddət idi ki, Rəmişin vəziyyəti yaxşı deyildi. Oksigen çatışmazlığından əziyyət çəkirdi, qaraciyərində problem var. Dünən axşam səhhəti lap pisləşdi deyə xəstəxanaya yerləşdirdik. Özü ilə əlaqə saxlaya bilməmişəm. Allaha dua edirəm ki, Rəmişi yaddan çıxarmasın. Belə bir məqamda məni tək qoymasın".

Qeyd edək ki, tanınmış gitara ifaçısının müalicəsi Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rəmiş   Gitaraçı  






Xəbər lenti