Ermənilər 30 il ərzində yataqlarımızı talan ediblər

Ermənilər 30 il ərzində yataqlarımızı talan ediblər
  29 Yanvar 2021    Oxunub:3131
"30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərdə olan yataqları talan edilib".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

Onun sözlərinə görə, ermənilər işğal altında olmuş ərazilərimizdə ətraf mühitlə yanaşı, yeraltı xammal ehtiyatlarına da ziyan vurublar:

"Ən acınacaqlı hal odur ki, bu işlərdə erməni işğalçılarına xarici şirkətlər və investorlar böyük kömək edib. Ermənilər yeraltı və yerüstü sulara da ciddi ziyan vurublar. Hazırda müvafiq komissiya hər bir yatağın ayrı-ayrılıqda diaqnostikasını həyata keçirməklə qiyməyləndirmə aparır. Bunun nəticəsində dəyən ziyan müəyyən ediləcək. Proses nəticəsində qalıq ehtiyatlar və regionda yeni perspektivlər müəyyən olunacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Yataqlar   ETSN  






Xəbər lenti