“Ana dili” hekayə müsabiqəsi elan edilib

“Ana dili” hekayə müsabiqəsi elan edilib
  29 Yanvar 2021    Oxunub:3392
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi sosial şəbəkə istifadəçiləri arasında “Ana dili” adlı qısa hekayə müsabiqəsi elan edir.
Azvision.az xəbər verir ki, hekayə müsabiqəsinin şərtləri və qaydaları aşağıdakı kimidir:

Şərtlər:

☑️Müsabiqədə saxta profillər istisna olmaqla,bütün “Facebook”istifadəçiləri iştirak edə bilərlər.
☑️Hər istifadəçi müsabiqəyə yalnız bir hekayə təqdim edə bilər.
☑️Hekayələr Azərbaycan dilində, maksimum 1000 işarədən ibarət olmalı və daha əvvəl heç yerdə dərc edilməməlidir.

Qaydalar:

☑️İstifadəçilər hekayələrini və özləri barədə məlumatı Monitorinq Mərkəzinin “Facebook” səhifəsinəWord formatında (Times New Roman şrifti, 12 ölçü)məktub şəklində göndərməlidirlər.
☑️Münsiflər tərəfindən seçilmişhekayələr Monitorinq Mərkəzinin “Facebook” səhifəsində paylaşılacaqdır.
☑️İştirakçılarMonitorinq Mərkəzinin “Facebook” səhifəsindətəqdim olunmuşhekayəni şəxsi hesablarında paylaşmalıdırlar.
☑️Müəyyən edilmiş tarixə qədər ən çox “like” (bəyənmə) toplayan 3 müəllif qalib elan ediləcəkdir.

Müsabiqənin əsas mükafatları:

1-ci yer - 500 man.
2-ci yer -300 man.
3-cü yer - 200 man.

Həvəsləndirici mükafatlar (fəxri diplom və kitablar):

4-cü yer
5-ci yer
6-cı yer
7-ci yer
8-ci yer
9-cu yer
10-cu yer

Hekayələr 02.02.2021- 28.02.2021 tarixinlərində qəbul edilir. İlk mərhələdə münsiflər heyəti tərəfindən seçilmiş hekayələr01.03.2021 tarixindən etibarənMonitorinq Mərkəzinin “Facebook” səhifəsinə yerləşdiriləcəkdir. Final nəticələri 20.03.21 tarixibdə - Novruz Bayramında elan olunacaqdır.

Azvision.az


Teqlər: Hekayə   Müsabiqə  






Xəbər lenti